Ru
13:00 / 13 Mart 2025

Paşinyan: “Yeni konstitusiya regional əhəmiyyət kəsb edəcək”

Paşinyan: “Yeni konstitusiya regional əhəmiyyət kəsb edəcək”
Eye

“Real Ermənistan” ideologiyası kontekstində konstitusiyaya dəyişiklik edilməsi zərurəti tamam başqa məna kəsb edir, bu şərtlər daxilində konstitusiyanın mətninin regional əhəmiyyətə malik olacağını da inkar etmək mümkün deyil.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Real Ermənistan” ideologiyası layihəsini təqdim edərkən deyib.

“2018-ci il inqilabı ilə yeni konstitusiya məsələsi gündəmdə idi. Amma o vaxt düşünürdüm ki, bu, mümkün deyil. O zaman iki aydır qüvvədə olan konstitusiyanın dəyişdirilməsi məntiqsiz idi”, - baş nazir qeyd edib.


Xatırladaq ki, hazırda Ermənistanın yeni konstitusiyasının mətni hazırlanır. Ədliyyə naziri Srbuhi Qalyan yeni mətnin 2026-cı ildə hazır olacağını, bundan sonra konstitusiya dəyişikliyinə dair referendumun keçiriləcəyini təsdiqləyib. Qalyan yeni konstitusiyadan Qarabağa istinadın (Azərbaycana qarşı ərazi iddiasının - red.) çıxarılacağını istisna etməyib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar