Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.
Bakupost.az xəbər veri ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.
O parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb. Arxiyepiskop mübarizənin davam etdiriləcəyini bildirib.OŞ həmçinin əlavə edib ki, hərəkatı dəstəkləyən parlamentin üç partiyasından nümayəndələrlə gələcək fəaliyyətlə bağlı məsləhətləşmə aparacaq.
Baqrat Qalstanyan bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.
18.56
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.
Bakupost.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə o, İrəvandakı Respublika meydanında keçirilən mitinqdə bildirib. Qalstanyan özü də yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirilir.