Ru
10:00 / 24 Aprel 2025

Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya

Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən “Armenpress” yayıb.

Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.

“Baş nazir bu cür təcrübəni tənqid edir, bu addımı məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq tanınmış dövlətin, xüsusən də qonşu ölkələrin bayraqlarının yandırılması, hökumət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat və təhrikedici xarakterli addımdır”, - deyə Baqdasaryan bildirib.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Belə ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar