Ru
10:43 / 01 Aprel 2025

Paşinyandan xəbərdarlıq: “Azərbaycanı qəzəbləndirməyin”

Paşinyandan xəbərdarlıq: “Azərbaycanı qəzəbləndirməyin”
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının İrəvanda aksiya keçirməsinə qarşıdır.

Bakupost.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hakimiyyət Qarabağ ermənilərinin İrəvanda keçirdiyi aksiyaya qarşıdır. Hakim partiyadakı mənbəmizə görə, Paşinyan komandasına bu barədə belə deyib: “Onlar çox göyə qalxırlar, bir az aşağı ensələr, yaxşı olar, heç bir güzəşt olmayacaq, pulları gedib onları soyan generallardan istəsinlər”, - erməni nəşri bildirib.

Eyni mənbəyə görə, Paşinyan komanda üzvlərinə bunu da söyləyib: “Onlar küçələrdə çox qışqırmağa başlasalar, bununla düşməni (Azərbaycanı nəzərdə tutur - red.) qəzəbləndirəcəklər”.

Xatırladaq ki, Nikol Paşinyan ötən həftə parlamentdəki çıxışında Ermənistanda fəaliyyətini davam etdirən separatçı “Qarabağ hərəkatı”na qarşı çıxıb. Ermənistan baş naziri “hərəkat”ın öz fəaliyyətini dayandırmalı olduğunu bildirib. Bundan sonra bir qrup separatçı İrəvanın mərkəzində aksiyaya başlayıb. Separatçılar Ermənistan hakimiyyətindən “hərəkat”a dəstəklə yanaşı, Qarabağdan könüllü getmiş ermənilərə sosial müavinətlər də tələb ediblər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar