Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar parlamentə gəlməyib və bu səbəbdən növbədənkənar iclas tutmayıb.
Bakupost.az xəbər verir ki, bu barədə news.am xəbər yayıb.
Xatırladaq ki, gündəliyə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefaya çağırışının müzakirəsi daxil idi. Təşəbbüsün müəllifi parlament müxalifəti olub.
Qeyd edək ki, “Vətən naminə” hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları parlament binası qarşısında aksiya təyin edib.
Zaur, BakuPost