Ru
16:30 / 29 Mart 2025

Paşinyanın devrilməsi üçün hərəkətə keçirlər

Paşinyanın devrilməsi üçün hərəkətə keçirlər
Eye

Bir qrup erməni siyasətçi Ermənistanın Baş naziri Nikol Paşinyana etimadsızlıq prosesinin başladılmasını müzakirə edir.

Bakupost.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Son günlər bu məsələ ilə bağlı müxtəlif formatlarda müzakirələr gedir. Sabiq prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, arxiyepiskop Baqrat Qalstanyan ilə görüşən, impiçment məsələsini tək-tək müzakirə edən Edqar Qazaryan onlar arasında elçi rolunu oynayır.

Görüşlərin təfərrüatlarını açıqlamaq istəməyən Qazaryan sabiq prezidentlərdən və arxiyepiskopdan müzakirənin təfərrüatlarını və məzmununu dərc etmək üçün razılıq almadığını deyib. Lakin yaxın vaxtlarda görüşlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Onlar Nikol Paşinyanı dəstəklədiklərini canlı nümayiş etdirən deputatların fikirlərini dəyişdirmək qərarına gəliblər”, – nəşr yazıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar