Ru
12:09 / 01 Avqust 2024

Payız tətilinin vaxtı dəyişdi - RƏSMİ - VİDEO

Payız tətilinin vaxtı dəyişdi - RƏSMİ -  VİDEO
21014

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.


Bakupost.az -ın məlumatına görə, qərarla ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

Qeyd edək ki, əvvəlki qərarla payız tətili 5 günlük idi və 16-20 noyabr tarixlərini əhatə edirdi.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar