Ru
09:21 / 01 Aprel 2025

Paytaxtda 2 qadını maşın vurub öldürdü

Paytaxtda 2 qadını maşın vurub öldürdü
Eye

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə ki, Şamxal Şirinov sərxoş halda idarə etdiyi “BMW” markalı avtomobillə Məhəmməd Hadi küçəsindən keçən qadını vurub.

Ağır xəsarətlər alan Bahar Əsgərova hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar