Ru
15:16 / 24 Sentyabr 2024

Paytaxtı köçürmək, yoxsa paytaxtdan köçürmək?

809














Cəmaləddin Quliyev


Paytaxtın köçürülməsi ilə bağlı söz-söhbət az qala Bakı paytaxt elan ediləndən bəri davam edir.

Əvvəllər pisniyyətli olub bu müzakirələr. Bakının və Azərbaycanın fərqli mədəni-iqtisadi məkanlar olması haqda Stalin tezisinin müdafiəçiləri tərəfindən aparılıb. Bütün azərbaycanlılar “irayonlu”, 1930-cu illərə qədər paytaxtda yaşayan fərqli millətlərin nəslindən olanlarsa “bakinets” sayılırdı. Son hədəf Bakını Azərbaycandan qoparmaq idi. Alınmadı, bacarmadılar. Hərçənd bakinets ədası bəzilərinin, deyəsən, ruhuna çöküb.

1960-cı illərdən sonra bu müzakirələrdə xoş niyyət də var idi. Nəqliyyatın, texnikanın çox da inşkişaf etmədiyi o dövr üçün paytaxtın mərkəzi bölgələrdən birinə köçürülməsi təssərrüfat əhəmiyyətli addım olar, II milyonçu şəhərin yaranmasına, əhalinin proposional paylanmasına, urbanizasiyanın daha ağrısız getməsinə kömək edərdi.

Bəs indi necə? İndi bu müzakirələr ona görə aktuallaşıb ki, tıxaclardan, paytaxtın hədsiz yüklənməsindən, funksiyaların bölgüsündə digər iri şəhərlərə faktiki heç nə verilməməsindən haqlı narazılıq var.

Ancaq buna görə paytaxtı köçürməyə dəyərmi? Təsəvvür edin ki:

Sanatoriyaların çoxu iqlimi sağlamlığa faydalı bölgələrə - Şamaxıya, Qaxa, Şahbuza, Şuşaya, Yardımlıya, Kəlbəcərə və s. köçürülüb;

Texniki təhsil verən ali məktəblərin əsas hissəsi Sumqayıt və Ələtə, özəl ali məktəblərin çoxu bölgələrə, xüsusi orta məktəblər şəhər kənarına, tədqiqat institutlarının bir hissəsi bölgələrə köçürülüb;

"Geridə qalmış" ərəb ölkələrində olduğu kimi bizdə də Formula yarışları şəhərdən kənarda xüsusi olaraq inşa edilmiş avtodramlarda keçilir;

Beynəlxalq tədbirlərin Şuşada, Qəbələdə, Naxçıvanda və digər şəhərlərdə keçirilməsi tendensiyası davam edir;

"Geidə qalmış" Özbəkistanda və Mərakeşdə olduğu kimi ölkənin bütün iri şəhərlərini birləşdirən sürət qatarı (saatda 300 km sürətlə) işləyir;

Ankarada olduğu kimi metrostansiyaların sayı 50 dən çoxdur;

İstanbulda olduğu kimi dəniz bərələri sərnişin daşımada iştirak edir;

La-Pasda, Tiflisdə olduğu kimi kanat yollar da var;

Əhali, nəhayət ki, velosipeddən kütləvi istifadə edir;

Bakının amfiteatr tipli olması nəzərə alınıb, bir yox, onlarla Qırx pilləkən, funikulyor var - bəzək üçün yox, onlar da nəqliyyatın bir hissəsidir;

Bələdiyyələr qolların çirməlıyib köhnə, söküntüyə gedəcək birmərətəbə həyət evlərinin yerində çoxsaylı, münasib qiymətli dayancaqlar yaradıblar;

Qəbələ hava limanı alternativ xidmət göstərir;

Bakı dəniz limanı funksiyasını əsasən, Ələtə ötürüb;

1930-larda bəzi teatrlar bölgələrə köçürüldüyü kimi indi də bəzi telekanallar bölgələrə köçür və s. və ilaxır.

O halda yenə bu mövzu aktual qalacaq? Azərbaycan elə də böyük ölkə deyil. İndiki texniki inlişaf şəraitində coğrafi uzaqlıq bəhanəsi ilə paytaxt köçürməyə dəyməz. Dediklərim də böyük maliyyə tutumu tələb etməyən kiçik işlərdir. Sahənin mütəxəssisləri, yəqin ki, daha səmərəli təkliflər verərdi...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar