Pekin Dil və Mədəniyyət Universitetində qırğız yazıçısı, diplomat və ictimai xadim Çingiz Aytmatovun büstü ucaldılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" xəbər verib.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edib. Tədbirdən əvvəl o, universitetin fəxri qonaqlar kitabına qeyd yazıb.
Japarov qeyd edib ki, Çingiz Aytmatovun büstünün qoyulması onun dünya mədəniyyətindəki xidmətlərinin tanınmasının rəmzidir və Qırğızıstan və Çin arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə sadiqliyi nümayiş etdirir. O, Pekin Dil və Mədəniyyət Universitetinin müxtəlif mədəniyyət və ideyaların görüş yeri kimi belə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün ideal platforma olduğunu qeyd edib.
Japarov abidənin açılışının Qırğızıstan ilə Çin arasında mədəni-humanitar əməkdaşlığın inkişafına mühüm töhfə olacağına əminliyini bildirib və yazıçının büstünü yaradan çinli heykəltəraşa təşəkkür edib.
Lalə, BakuPost