Ru
23:45 / 16 Dekabr 2024

Pələng istirahət mərkəzinə gələn ziyarətçiyə hücum etdi

Pələng istirahət mərkəzinə gələn ziyarətçiyə hücum etdi
Eye

Rusiyanın Xabarovsk diyarının Nanayski rayonunda istirahət mərkəzinin ziyarətçisinə pələng hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional şöbəsindən bildirilib.

Məlumata görə, pələng kişiyə hücum edərək onu yaralayıb.

"Zərərçəkən tibb müəssisəsində müayinə olunub və ambulator müalicəyə göndərilib" – deyə İstintaq Komitəsinin Telegram kanalında qeyd edilib.

Qurumdan bildirilib ki, hadisədən sonra təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Hazırda müstəntiqlər şahidləri dindirir və hadisə ilə bağlı bütün hallar araşdırılır.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar