Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:46 / 21 Oktyabr 2024

Pensiyalar nə vaxt ödənəcək? - Rəsmi açıqlama

2578
Pensiyalar bu ay da heç bir gecişmə olmadan ödəniləcək.

Bu barədə Bakupost.az -ın göndrədiyi sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabında deyilir.

Bildirilir ki, əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, yəni, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürüləcək:

"Müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, ölkəmizin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri hər ayın 20-28-i aralığında nəzərdə tutulub".

Nazirlikdən bildirilib ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Elnur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar