Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:13 / 11 Dekabr 2024

Pensiyalar neçə manat artacaq?

1384
Gələn ildən pensiyaların sığorta hissəsi təxminən 9% artacaq.

Bakupost.az -ın məlumatına görə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, pensiyaların baza hissəsi ləğv edildiyindən indi yalnız sığorta hissəsi qalıb. Bu da pensiya məbləğinin özünü formalaşdırır ki, indeksləşdirmə zamanı məbləğə nəzərdə tutulan faiz sığorta hissəsinə də təsir edir.

Musa Quliyev əlavə edib ki, minimum pensiyanın 320 manat məbləğində olacağı proqnozlaşdırılır.

Komitə sədri qeyd edib ki, gələn il üçün olan artımlar sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, şəhid ailələrinin və qazilərin daha çox sosial rifahlarının təmin olunmasına imkan verəcək. İşsizlikdən sığorta fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar