Ru
23:55 / 27 Fevral 2025

Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı

Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı
Eye 1657

Qazaxıstanın Almatı şəhərində baş verən kuryoz hadisə barədə “Rostov azərbaycanlıları” səhifəsi məlumat yayıb.

Lənkəranlı Pərviz Aydın oğlu Dədəcanov küçədə gedərkən iki nəfərin yanında iki övladı olan qadına qarşı zorakılıq etdiyini, onu qarət etməyə çalışdığını görüb. Qadının köməyinə çatan P.Dədəcanov sözügedən şəxslərlə dava edib.

P.Dədəcanov qadını və uşaqlarını xilas edib, hadisə yerinə isə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, hücum edən iki nəfər erməni əsillidir. Onlar üzlərinin əzilməsi və çənələrinin qırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

P.Dədəcanovu isə polis saxlayıb. Hadisə araşdırıldıqdan və lənkəranlı gəncin qadını və uşaqları xilas etdiyi üzə çıxandan sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 10 gün öncə baş verib./Axar.az/

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar