Ru
17:35 / 13 Fevral 2025

Peskov: Putinlə Tramp sanksiyaları müzakirə etməyiblər

Peskov: Putinlə Tramp sanksiyaları müzakirə etməyiblər
576

Vladimir Putin və Donald Tramp arasında söhbət zamanı sanksiyalar mövzusu gündəmə gətirilməyib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, bu mövzu dünən qaldırılmadı. Siz bizim sanksiyalara münasibətimizi bilirsiniz, biz onların bütün ticarət qaydalarını pozduğunu düşünürük və qeyri-qanuni hesab edirik”, - deyə Peskov qeyd edib.

O, Rusiyanın bu məhdudiyyətlərə qarşı olduğunu, lakin hələlik bu mövzunun müzakirə edilmədiyini vurğulayıb.

Xatırladaq ki, ötən gün ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin telefon danışığı aparıblar. Peskovun sözlərinə görə, iki ölkə lideri Ukraynadakı vəziyyətin nizamlanması, Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar