Ru
17:41 / 28 Noyabr 2024

Pezeşkian oğluna yüksək vəzifə verdi

Pezeşkian oğluna yüksək vəzifə verdi
Eye

İran prezidenti Məsud Pezeşkianın oğluna hökumətdə yüksək vəzifə verilib.

Bakupost.az -ın məlumatına görə “Aftab News” teleqram kanalının məlumatına görə, dünən İran prezidenti Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyası rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.

Məlumata görə, o, bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Qeyd olunub ki, Pezeşkianın oğlu Şərif Texnologiya Universitetinin doktorantıdır.

Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar