Ru
20:09 / 21 Dekabr 2024

Pezeşkian qərar verdi: İran pulu dəyişir

Pezeşkian qərar verdi: İran pulu dəyişir
873

İranda əskinaslardan dörd sıfırın silinməsi və rəsmi valyutanın “İran rialı”ndan yeni pul vahidi – “İran tümən”inə dəyişdirilməsini ehtiva edən pul islahatı planlaşdırılır.

Bakupost.az İran KİV-ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian maliyyə islahatı haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təklif edilmiş və 2019-cu ildə təsdiqlənmiş sənəd təcili qaydada parlamentə təqdim edilib.

“Parlamentə ölkənin maliyyə-bank qanunvericiliyində islahatlar haqqında qanun layihəsi təqdim edilib ki, bunun da mahiyyəti milli valyuta əskinaslarından dörd sıfırın silinməsi və maliyyə sisteminin dəyişdirilməsindən ibarətdir”, – məlumatda deyilib.

İslahat xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, həmçinin gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlərin həllinə yönəlib.

Qanun layihəsinə əsasən, İranın yeni valyutası – “tümən” 10 000 riala və 100 parsəyə bərabər olacaq. Yeni valyutaya keçidin rahatlığı üçün iki illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində hesablaşmalarda həm yeni “tümən”, həm də köhnə “rial”dan istifadə etmək mümkün olacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar