Ru
13:58 / 27 Mart 2025

Pezeşkian türkcə danışdı - İranda yenə ara qarışdı

 Pezeşkian türkcə danışdı - İranda yenə ara qarışdı
Eye

İran Yollar naziri Abbas Axundi Prezident Məsud Pezeşkianın Urmu gölünə səfəri zamanı türkcə danışmasına aqressiv reaksiya verib.

Bakupost.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, iranlı nazir prezidentin türkcə danışmasına sərt etiraz edib.

"Urmuda böyümüş, beş dövr Təbrizin möhtərəm nümayəndəsi olan biri kimi sizin üçün türkcə hesabatlar almağın çox normal və təbii olduğunu başa düşürəm. Amma indi siz prezidentsiniz. İclaslarda ancaq hesabat qəbul etməli və rəsmi fars dilində danışmalısınız. Sizin bu məsələyə diqqətiyiniz son nəticədə millətin xeyrinə olacaq. Xahiş edirəm, diqqət yetirin", - deyə o vurğulayıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar