Ru
12:40 / 06 İyul 2024

Pezeşkian türklərin hüquqlarını bərpa edəcəkmi? - Pənah Hüseynin ŞƏRHİ

4231

Xəbər verdiyimiz kimi, iyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçıların namizədi Məsud Pezeşkian qalib gəlib. Onun milliyyətcə türk olması Azərbaycanda İranda keçirilən seçkilərə, eləcə də qalib gələn Pezeşkianın necə siyasət yürüdəcəyinə diqqəti artırıb.



Maraqlıdır, İran islahatçılarının təmsilçisi ölkədə hansı dəyişiklikləri edəcək? İranda hüququ tapdanan azərbaycanlıların vəziyyəti, eləcə də Azərbaycanla münasibətlərdə hansısa müsbət dəyişikliklər gözləniləndirmi?


Bakupost.az -ın suallarını Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn cavablandırıb.

O qeyd edib ki, Məsud Pəzəkişanın Azərbaycan-Ermənistan müharibəsi zamanı fərqli açıqlamaları diqqəti cəlb etmişdi:

"O, prezident olduqdan sonra da belə mövqe nümayiş etdirəcəksə, məncə, bu, Azərbaycan ictimai rəyi tərəfindən müsbət qarşılanacaq. Eyni zamanda bu, münaqişənin normallaşmasına və regionda ümumi gərginliyin azalmasına xidmət edəcək".

İranda islahatların baş verib-verməyəcəyinə gəlincə, P.Hüseynin fikrincə, İran cəmiyyəti dəyişiklik istəyir:

"Görünən odur ki, cəmiyyətdə dəyişiklik gözləntisi var və xalq dəyişikliyə səs verdi. İran cəmiyyətinin bu gözləntisini Məsud Pəzəşkiarın doğuruldub-doğurultmayacağını isə yaşayıb görərik.
Bir sıra gözləntilər var. İstər insan hüquq və azadlıqları, istərbir sıra dini xarakterli məhdudiyyətlərin götürülməsiylə bağlı gözləntilər var. Lakin bir müddət əvvəl də islahatçıların hakimiyyətə gəldiyi deyilirdi. Amma İranda ondan sonra bir mühafizəkarlıq dalğası da qalxdı. Odur ki, İran cəmiyyətində Məsud Pəzəşkianın prezident seçilməsiylə rejimin dəyişilib-dəyişilməməsi barədəki xəbərdarlıqları diqqətə almaq lazımdır. Biz ümid edək ki, İranda xüsusən soydaşlarımızın hüquq və azadlıqları, bütövlükdə ölkənin inkişafı istiqamətində addımlar atılacaq, Azərbaycanla olan bir sıra problemlər - Ermənistan-Azərbaycan münaqişəsi, Xəzər dənizi ilə bağlı məsələlər həll olunacaq. Məncə, bütövlükdə arzumuz odur ki, Pəzəşkianın prezident seçilməsi bu işlərə pozitiv təsir göstərsin”.
Vasif Əlihüseyn
BakuPost

Şərhlər
  • Cəmşid Dərələyəzli

    İranda seçgi marafonu başlayanda və ilk olaraq 80 nəfər iddiaçıdan 6 nəfərin namizədliyinin təsdiq olunması və onlardan birinin də məhz Məsud bəyin olmasından dolayı fikir bildirmişdik ki, Ali Dini Lider bununla məqsədi qarşıdakı illərdə İranı beynəlxalq müharibə təhdidindən yayındırmaq, nəhayyət də İranda 45 illik özünü təcridi az da olsa durdurmaq və ən əsası da İran xalqının az da olsa rejimə dəstəyini geri qaytarmaq olmuşdur.. Çünki, Baş molla son Parlament seçgilərində şahid olmuşdu ki, xalq artıq rejimi qəbul etmir və artıq ona inanmır. Xamaneyi demək olar ki, bu seçgidə qismən də olsa buna nail oldu. Qalan məsələləri isə yaxın zaman göstərəcək. O ki qaldı Məsud bəyin seçilməsinə, bəziləri yenə də qeyd edir ki, İranda söz sahibi Xamaneyidi və Prezident orada bir təfərrüatdır. Bəli bu belədir. Amma yuxarıda da qeyd etdim ki, İranın mövcud bərbad vəziyyəti, Xamaneyini məcbur edir ki, öz siyasətinə yenidən baxsın. Bunun da bariz nümunəsi, hər şeyə rəğmən Məsud bəyin Türk kimliyini və islahatçıığını sinəyə çəkib onun üzərində durması oldu. İkinci ən böyük nüans isə Türklərin nəhayyət də yüz ildən sonra İranda prezident seçilməsidir. Bu İran rejimində sensasiya doğuracaq bir hadisə oldu. Ona görə də biz buna ciddi yanaşmalıyıq və nə olsun deyib keçməməliyik. İnşallah yaxın tarix, çox şeylərə şahid olacaqdır. Elə belə deməmişlər, 21-ci yüz illik Türk əsridir. Bizlər də Məsud bəyi bu qələbə münasibəti ilə təbrik edir və gələcək çətin və məsuliyyətli görəvdə ona başarılar diləyir və güneyli quzeyli bötöv Azərbaycana da gözün aydın deyirik .

  • N.Seyfeli.

    Ay Penah, indiden bashlamayin iranin Fars-Azerbaycan meselelerini hallandirmaga, munaqishe yaratmayin, bezi sheyleri hallandirmayin, umumi vetendashliq movqeyinden danishin, munaqishe yaratmayin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar