Ru
19:14 / 22 Fevral 2025

Pezeşkianı Nəsrullahın dəfninə çağırmadılar

Pezeşkianı Nəsrullahın dəfninə çağırmadılar
940

İran Prezidenti Məsud Pezeşkian Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət almayıb.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, mərasimdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iştirak edəcək.

"O, şəxsi təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı öldürülən Həsən Nəsrullah fevralın 23-də Livan paytaxtında dəfn olunacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar