“İran prezidenti Məsud Pezeşkianın Bakıda Azərbaycan prezidenti ilə görüşdən sonra dediyi bu fikir yəqin bundan sonra hələ çox çözələnəcək. Həqiqətən çox maraqlı və çoxmənalı söz dedi: "Sizin - Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq!" 30 il işğal siyasəti yürütmüş Ermənistana dəstək verən bir ölkənin prezidentinin belə qəti və birmənalı bəyanatı üstündən sakit keçilməli fakt deyil”.
Bu fikirləri
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O qeyd edib ki, Pezeşkian bu bəyanatla tək öz mövqeyini və İran dövlətinin indiki kursunu ifadə etmədi, həm də özündən sonra iqtidara gələcək bütün İran rəhbərlərinə bir "miras" qoydu. Bui, Qarabağa və Ermənistanın ümumən Azərbaycana ərazi iddialarına İranın pozulmaz yanaşması olmalıdır:
“Pezeşkianın məşhur bəyanatında diqqət çəkən əsas mətləb təkcə bu deyil. "Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq" deyəndə o, hansı əraziləri nəzərdə tutdu, yaxud eyham vurmaq istədi? Mən Pezeşkianın nə demək istəməsi mövzusunda daha dərin mətləblərə getməyəcəm. Bu barədə hər kəs özü düşünsə, kifayət edər. Ancaq bu gün, ya sabah "Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər" həqiqətən var axı”.
Sevinc,
BakuPost