"Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyaya çox ciddi təsir göstərir. Dövlətimiz hər zaman İranla mehriban qonşuluq münasibəti qurulmasına çalışıb. İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib”.
Bunu
Bakupost.az -a millət vəkili Aydın Mirzəzadə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan heç zaman İrana qarşı kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla problemlərinin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub:
“İnanıram ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq. Bu, təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda birgə gələcəyin müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq münasibəti əsasında həll edilməsinə şərait yaradacaq”.
Sevinc,
BakuPost