Ru
09:02 / 25 Fevral 2025

Pirallahıda yaşayış binasında yanğın

Pirallahıda yaşayış binasında yanğın
669

Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3500kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar