Ru
21:00 / 04 Oktyabr 2024

Pişiyini kremasiya etdirdi, 5 gün sonra dirilib gəldi – Kuryoz olay

969
Britaniyanın Nort – Yorkşir şəhərində Ted adlı pişik kremasiyadan sonra “dirilib”.

Bakupost.az xəbər verir ki, pişiyin sahibi Nikki Nayt Türkiyədə istirahətdə olanda, qonşuları ona xəbər verib ki, pişiyi ölü vəziyyətdə tapıblar.

Xəbərdən sarsılan ailə xaricdə olduqları üçün uzaqdan da olsa sevimli pişiklərinin kremasiyasını bir şirkətlə təşkil edib.

Lakin 5 gün sonra evin dayəsi zəng edərək, Tedin evə qayıtdığını və qapının ağzında miyoldadığını deyəndə Nayt az qala sevincindən huşunu itirsin.

Məlum olub ki,kremasiya olunan başqa evsiz pişik imiş, onun Tedi isə evdən çıxıb və haralardasa gəzib.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar