Ru
16:28 / 26 Sentyabr 2024

Piter Stano: Aİ Rusiyaya zərbə endirməyə icazə verə bilməz

Piter Stano: Aİ Rusiyaya zərbə endirməyə icazə verə bilməz
1275

Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verməyə Avropa İttifaqına üzv dövlətlər məsuldur. Avropa Komissiyasının onlara belə bir məsələ ilə bağlı tövsiyələr vermək hüququ yoxdur.

Bakupost.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano çıxış edib.

“Aİ-yə üzv dövlətlərə silahdan istifadə ilə bağlı məsləhət vermək Avropa Komissiyasının səlahiyyətinə aid deyil”, - deyə Stano "İzvestiya"ya müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, Kiyevin “Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbə endirmək üçün ayrılmaz hüququ var”. Bununla belə, Stano vurğulayıb ki, bu cür zərbələr üçün ayrı-ayrı Avropa ölkələri tərəfindən verilən silahların istifadəsi ilə bağlı qərar Avropa İttifaqının “üzv dövlətlərinin hər birinin müstəsna səlahiyyətidir”.

Bundan əvvəl Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Ukrayna ordusunun Rusiya ərazilərinin dərinliklərinə zərbə endirməsinə dair bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağıran qətnamə qəbul edib. Sənəddə qeyd edilir ki, belə bir qadağa Ukraynanı zəiflədir.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar