Ru
11:39 / 26 Aprel 2025

Pivəni bu qidalarla içmək təhlükəlidir – Professordan XƏBƏRDARLIQ

Pivəni bu qidalarla içmək təhlükəlidir – Professordan XƏBƏRDARLIQ
Eye

Orta miqdarda süzülmiş pivə işdən və fiziki yorğunluqdan sonra gücü bərpa etməyə kömək edir. Bu, içkinin tərkibində B vitaminləri və digər qida maddələrinin olması ilə izah olunur.

Bakupost.az bildirir ki, bu barədə Qazeta.Ru-ya Rusiya Biotexnologiya Universitetinin fermentasiya texnologiyası və şərabçılıq kafedrasının professoru Marina Moiseyak məlumat verib.

Mütəxəssis izah edib ki, şəkərli diabet kimi xəstəlikləri olan insanlara pivə tövsiyə edilmir. Sağlam insanlar bəzən axşam saatlarında bir stəkan belə içki içmək xeyirlidir.

Tünd rəngli və süzülməmiş növlərə üstünlük vermək vacibdir.

"Süzülməmiş pivə sağlam hesab olunur və tərkibində faydalı maddələr var. Məsələn, B qrupunun vitaminləri olduğuna görə bu pivə orqanizmə rahatlaşdırıcı təsir göstərir və fiziki əmək və ya ağır iş günündən sonra gücü bərpa etməyə kömək edir. Soyuducuda üç-beş gün saxlamaq da olar", - deyə ekspert qeyd edib.

Mütəxəssisin sözlərinə görə, kraker, çips, qoz-fındıq və qurudulmuş balıqlarda artıq duz var. Belə məhsulların pivə ilə birlikdə istehlakı təhlükəlidir, orqanizmdə şişkinliyə səbəb ola bilər.

Ayxan,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar