Ru
15:46 / 12 Mart 2025

Piyada səkisinin zəbt olunmasının qarşısı alındı - FOTO

Piyada səkisinin zəbt olunmasının qarşısı alındı - FOTO
Eye

Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt olunması ilə bağlı görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Bildirilib ki, daxil olan sorğuya əsasən, ötən gün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirilərək, piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib.

Operativ müdaxilə nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq səki əvvəlki vəziyyətinə qaytarılıb.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar