PKK terror təşkilatı aprel ayı ərzində ləğv edilə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
“PKK-nın silahı yerə qoyması və özünü buraxması ilə bağlı çox kritik bir mərhələyə daxil oluruq. PKK-nın qurultayının aprelin ortalarında keçiriləcəyi və silahları yerə qoyaraq, özünü buraxmağa qərar verəcəyi gözlənilir”, - Türkiyə nəşri bildirib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan fevral ayında təşkilatı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı. Öcalanın çağırışına təşkilatdan müsbət cavab verilmişdi.