Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:11 / 23 Oktyabr 2024

PKK-nın Rusiya qanadının üzvü saxlanıldı

744
Türkiyə Milli İistihbarat Təşkilatı ilə polisin birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının “Rusiya strukturu”nun aktiv üzvlərindən olan Barı Yusubov Antalyada saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Anadolu" Agentşliyi bildirib.

Qeyd olunur ki, B.Yusubov Rusiya, Qazaxıstan, Ermənistan, həmçinin İraqdakı "Mahmur" düşərgəsindəP KK adından təbliğat işləri aparıb. O, təşkilatın yüksək rütbəli üzvləri ilə də sıx əlaqə saxlayıb.

Yusubov 2020-ci ildən MİT-in nəzarətində olub. Həbs edildikdən sonra o, məhkəməyə aparılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda şübhəli şəxs həbsxanadadır.

Zaur, BakuPost





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar