Ru
11:45 / 07 Oktyabr 2024

PKK-ya qarşı əməliyyat: 14 nəfər saxlanıldı

485
Türkiyədə Mersində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 14 şübhəli saxlanılıb.

Bakupost.az xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyinin açıqlamasına görə, terror təşkilatı PKK/KCK-nın hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlər davam etdirilib.

Bu çərçivədə təşkilat daxilində fəallıq göstərən, toplantı və yürüşlərdə iştirak edən, sosial mediada işə götürmə və təbliğat fəaliyyəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat təşkil edilib.

Şəhər mərkəzi və Tarsus rayonunda göstərilən ünvanlarda həyata keçirilən əməliyyatda 14 şübhəli yaxalanıb.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar