Cərrahın əməliyyat zamanı canlı yayın açması faktı araşdırılır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən
Bakupost.az -a bildirilib ki, məsələnin qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib.
"Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı
görüntülər yayılıb.