Ru
21:53 / 30 May 2024

Polad Bülbüloğlu Qaluzinlə regionu müzakirə etdi

Polad Bülbüloğlu Qaluzinlə regionu müzakirə etdi
1916

Rusiya xarici işlər nazirinin müavini və Azərbaycanın Moskvadakı səfiri ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Bakupost.az Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

“Müzakirələr Rusiya-Azərbaycan dialoquna xas olan dostluq və konstruktiv mühitdə keçib”, - deyə məlumatda deyilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar