Ru
10:52 / 25 İyul 2024

"Şuşalılar məni seçsələr..." - Bülbüloğlu deputat olmaq istəyir? - VİDEO

4325
"Siz praktiki olaraq, fikirlərimi olaraq oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Təbii ki, ruhum məni ora çəkir. Mən artıq üç dəfə “Xarı bülbül” festivalında iştirak etmişəm. Mən əsasını keçən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Təbii ki, Şuşanın bu gün doğma Azərbaycanın nəzarətinə qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Novaya Vremya" əməkdaşının "Şuşanı parlamentdə təmsil etmək üçün seçkilərə qatılmağı planlaşdırırsınızmı" sualına cavabında deyib.


P.Bülbüloğlu qeyd edib ki, şuşalılar onu parlamentə öz nümayəndələri seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcək:


"Şuşadən deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir".



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar