Ru
16:34 / 25 İyul 2024

Polad Bülbüloğlunun rəqibi bu xanımdır - Maraqlı məlumatlar - FOTO

2439
Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bakupost.az yenisabah-a istinadla bildirir ki, 79 yaşlı diplomat namizədliyini 124 saylı Şuşa- Ağdam- Xocavənd seçki dairəsindən irəli sürüb. O, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.




Həmin dairədə hakimiyyətin namizədi Babışova Leyla Adil qızıdır.

Qeyd edək ki, L.Babışova siyasi çevrələrdə bir o qədər də tanınan fiqur deyil. Onun haqda nəinki mətbuatda, hətta sosial şəbəkələrdə də hər hansı ciddi məlumata rast gəlinmir.

2 uşaq anası olan Leyla xanım hazırda YAP-ın Şuşa rayon təşkilatının sədr müavinidir. O, ali təhsillidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

Onun siyasi fəaliyyəti əsasən, hakimiyyətin və üzvü olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərə dair məlumatları paylaşmaqdan ibarətdir.

Müşahidəçilər L.Babışovanın qələbə şansını çox aşağı qiymətləndirirlər. YAP-ın bu dairəni 79 yaşlı xalq artistinə güzəştə gedəcəyi bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar