Ru
21:03 / 23 Fevral 2025

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Polis gücləndirilmiş rejimdə çalışır - DİN
945

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gün ərzində davam etdirilib, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi kömək göstərilib.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda davam etdirilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar