Ru
12:14 / 21 Dekabr 2024

Polkovnik-leytenantın 14 yaşlı qızı əməliyyat zamanı öldü

Polkovnik-leytenantın 14 yaşlı qızı əməliyyat zamanı öldü
1115

Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.

Bakupost.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.

Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar