Ru
19:25 / 20 Sentyabr 2024

Polşada ölən azərbaycanlı tələbə direktorun oğlu imiş - FOTO

1166
Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil.

Bu barədə "Qafqazinfo”ya açıqlamasında onun atası Azər Cabbarov bildirib.

Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru olan A.Cabbarov oğlunun ölüm səbəbinin ekspertiza rəyinin açıqlanmasından sonra məlum olacağını əlavə edib.

Qeyd edək ki, Polşanın Krakov şəhərində yaşayan və magistr təhsili alan Xəzər Cabbarlı sentyabrın 19-da qəfil dünyasını dəyişib.

"Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar