Ru
16:23 / 11 Noyabr 2024

Polşada oynayan futbolçumuz həftənin rəmzi komandasına seçildi

Polşada oynayan futbolçumuz həftənin rəmzi komandasına seçildi
Eye

"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.

Qeyd edək ki, "Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar