Ru
13:58 / 24 İyul 2024

Pomidorun qiyməti ucuzlaşacaq?

3867
“Yaxın zamanlarda pomidorun qiymətində ucuzlaşma müşahidə ediləcək. Çünki açıq sahədə yetişən pomidorun kütləvi yığımına başlanıb”.




  • Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

O qeyd edib ki, son vaxtlar əlverişsiz və qeyri-sabit keçən hava şəraiti məhsuldarlığı aşağı salıb:

" Məhsullar satış üçün yararlı olmadı. Buna görə də, bazarlarda məhsul qıtlığı yarandı və nəticədə qiymətlər qalxdı. Meyvə-tərəvəzi bahalaşdıran başlıca səbəb isə yanacağın qiymətinin artmasıdır. Daşınma qiyməti də məhsulun satış qiymətinə təsir göstərdi".

İqtisadçının sözlərinə görə, bu gün fermerlərin bazara çıxış imkanları məhduddur:

“Bölgələrdə ucuz olan məhsul paytaxtda çox bahadır. Çünki fermer məhsulunu 15 dəqiqəlik deyil, daha uzun məsafə qət edərək bazara çıxarmalıdır. Bunun da qiymətlərə çox böyük təsiri var”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar