Ru
22:25 / 12 Fevral 2025

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

Poroşenko dövlətə xəyanətdə ittiham olunur
627

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTXK) ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı sanksiyalar tətbiq edib və onu dövlətə xəyanətdə günahlandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə iki mənbəyə istinadən Forbes-in Ukrayna versiyası məlumat yayıb.

“Milli Təhlükəsizlik və Müdafiə Şurası deputat və iş adamı Petro Poroşenkoya qarşı sanksiyalar tətbiq edib. Ehtimal ki, söhbət “Vətənə xəyanət” maddəsindən gedir”, - məlumatda deyilir.

Poroşenkonun özü bildirib ki, o, Dövlət Təhqiqat Bürosuna fevralın 14-dən 28-dək qüvvədə olacaq 15 çağırış vərəqəsi alıb.

Siyasətçi hesab edir ki, Ukrayna hakimiyyəti çağırış vərəqəsini onun cəbhəyə və ya Münhenə getməsinin qarşısını almaq üçün verib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar