Ru
17:41 / 05 Dekabr 2024

Post-Əsəd Suriyası: Hansı dövlətlər qazanclı çıxacaq? - ŞƏRH

Post-Əsəd Suriyası: Hansı dövlətlər qazanclı çıxacaq? - ŞƏRH
1539


Suriya münaqişəsi yalnız ölkədaxili problem deyil. Burada həm də regional və beynəlxalq güclərin maraqları toqquşur. Əsəd rejiminin taleyi Rusiya, İran və Türkiyə kimi əsas güclərin Yaxın Şərqdəki mövqeləyinə və gələcək strateji planlarına birbaşa təsir edə biləcək məsələdir. Bəs Əsəd rejiminin devrilməsi həmin regionda bu güclərin mövqeyinə necə təsir edəcək?

Mövzuyla bağlı Bakupost.az -a danışan politoloq Kənan Rövşənoğlu bildirib ki, Əsəd rejiminin devrilməsi Rusiya və İran üçün böyük zərbə olacaq:

“Çünki Rusiyanın 1971-ci ildən Suriyada hərbi bazası var. Suriya Rusiyanın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biridir. Bəşər Əsədin devrilməsi Rusiyanın Suriyanı itirməsidir. İran da Suriya ilə hələ Hafiz Əsəd dönəmindən müttəfiqdir. Hazırda Suriya ərazisində İranın 50 mindən çox proksi qüvvələri olduğu ehtimal olunur. Buna görə də, Suriya həm də İranın Yaxın Şərqə çıxış qapısıdır. Bəşər Əsədin devrilməsiylə İran Suriyadakı mövqelərini itirəcək, Livanla olan birbaşa əlaqəsi əldən gedəcək. Əsədin rejiminin devrilməsi yaxın Şərqdə mövcud nizamın pozulmasına səbəb ola bilər. Nəzərə alsaq ki, İraqda Səddam Hüseynin devrilməsi Yaxın Şərqdə böyük təlatümə səbəb olmuşdu, indi Suriyada da hakimiyət dəyişikliyi böyük regional çalxalanmalara səbəb ola bilər”.

Politoloq bildirib ki, Türkiyənin bölgədəki maraqları isə fərqlidir:



“Türkiyənin əsasən, iki marağı var. Birincisi budur ki, əgər Əsəd devrilsə, hakimiyyət bölgüsündə Türkiyənin dəstəklədiyi qüvvələr, yəni müxaliflər də iştirak edəcəklər. İkinci məsələ kürdlərlə bağlıdır. Türkiyə YPG-ni PKK-nın Suriya qolu hesab edir və ona görə də, Suriyada ikinci kürd muxtariyyətinin yaradılmasına qarşıdır. Çünki bu, Türkiyənin təhlükəsizliyini təhdid edir. Müxalif güclərin hakimiyyət bölgüsündə iştirak etməsi Türkiyənin Yaxın Şərqdə mövqeyini gücləndirəcək”.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar