Ru
21:56 / 17 Yanvar 2025

Premyer Liqa: "Qarabağ" "Şamaxı"ya qalib gəldi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"ya qalib gəldi
Eye

Misli Premyer Liqasında "Qarabağ" "Şamaxı"ya qalib gəlib.

Bakupost.az xəbər verir ki, XIX turun açılış matçında Ağdam təmsilçisi doğma meydanda 3:2 hesablı qələbəyə sevinib.

Ev sahiblərinin heyətində Nəriman Axundzadə (4) və Aleksey Kaşuk (29) fərqlənib. Qonaq komandadan isə Belajdi Pusi (14) və Brahim Konate (39) diqqət mərkəzinə düşüb. "Şamaxı"nın heyətində Cəlal Hüseynov isə avtoqol (72) müəllifi olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 18 turdan sonra 50 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar