Ru
20:58 / 08 Mart 2025

Premyer Liqa: XXVI tura start verilib

Premyer Liqa: XXVI tura start verilib
Eye

Misli Premyer Liqasında XXVI tura start verilib.

Bakupost.az -n məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar