Ru
14:39 / 08 Yanvar 2025

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü
825

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq zəngin tarixə malikdir.

Bakupost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən deyib.

Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.

Dövlət başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar