Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:37 / 12 Dekabr 2024

Prezident deputatların həbsini əmr etdi - Koreya baş komissarı

487
Cənubi Koreya polisinin baş komissarı Ço Çji Ho dindirmə zamanı bildirib ki, dekabrın 3-4-də hərbi vəziyyət dövründə prezident Yun Sok-Yel ona 6 dəfə zəng edib və deputatların həbs olunmasını tələb edib.

Bakupost.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Ço Çji Ho dekabrın 11-də hərbi vəziyyətlə bağlı aparılan istintaq zamanı heç bir order olmadan həbs edilib. O, parlamenti blokadaya almaq üçün polis göndərməkdə şübhəli bilinir. Dekabrın 12-də parlament Ço Çji Hoya qarşı impiçment elan edib. Vəzifədən kənarlaşdırma ilə bağlı yekun qərarı Konstitusiya Məhkəməsi verəcək.

Ço Çji Ho bildirib ki, Hərbi Əks-Kəşfiyyat Komandanlığının rəhbəri Yo İn Hyun ondan 100 müstəntiq göndərməyi və hakim partiya lideri Han Dong Hun və müxalifət lideri Li Çje Myon da daxil olmaqla 15 millət vəkilinin hərəkətlərini izləməyi xahiş edib. Ço Çji Ho tabeçiliyində olanlara bu tələbə məhəl qoymamağı tapşırıb.

Bundan əvvəl ordunun xüsusi təyinatlı komandanlığının rəhbəri Kvak Çon Qın bildirmişdi ki, prezident hərbi vəziyyətin ləğvi ilə bağlı səsverməni pozmaq üçün ondan deputatları parlamentdən çıxarmağı tələb edib. Dekabrın 12-də prezident xalqa müraciətində parlamentin işini əngəlləmək üçün göstəriş vermədiyini, sadəcə asayişi qorumaq üçün əsgər göndərdiyini bildirib.

Kvak Çon Qının sözlərinə görə, əmrlər qapalı rabitə vasitəsilə ötürülüb. Yun Sok-Yel konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir. Koreya Respublikasının bir neçə hüquq-mühafizə orqanı tərəfindən birgə araşdırma aparılır.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar