Ru
13:02 / 25 Dekabr 2024

Prezident qəza ilə əlaqədar məsələləri nəzarətə götürdü - RƏSMİ

Prezident qəza ilə əlaqədar məsələləri nəzarətə götürdü - RƏSMİ
Eye

Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər Prezident İlham Əliyevin nəzarəti altındadır.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.

Qeyd edək ki, bu gün AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında uğrayıb.

İlkin məlumata görə, təyyarədə 67 nəfər olub. Sağ qalanların olduğu bildirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar