Ru
19:06 / 04 Mart 2025

Prezident sabah Türkiyəyə gedəcək

Prezident sabah Türkiyəyə gedəcək
Eye

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.

Bakupost.az -ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Altun qeyd edib ki, Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr müzakirə olunacaq. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar