Ru
09:40 / 06 İyul 2024

Prezidentdən Merihlə bağlı paylaşım - “Cəza ədalətsizdir”

3876
"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

Bakupost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb. Bununla da, M.Demiral 1/4 final mərhələsində oynaya bilməyəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar