Ru
16:03 / 07 Oktyabr 2024

Prezidentin adından saxta məlumat yayılıb - Xəbərdarlıq

Prezidentin adından saxta məlumat yayılıb - Xəbərdarlıq
Eye

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının rəhbərliyi adından saxta məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar