Ru
13:09 / 04 Noyabr 2024

Prezidentin başçı təyin etdiyi Cabbar Musayev kimdir?

Prezidentin başçı təyin etdiyi Cabbar Musayev kimdir?
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bakupost.az xəbər verir ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar